EN

JTI Azərbaycanda elektron siqaretlər və qızdırılan tütün məmulatlarının tənzimləyici çərçivəsi ilə bağlı suallara aydınlıq gətirir

Bakı. Trend:

1 aprel tarixindən qüvvəyə minəcək və Azərbaycanda elektronsiqaretlərə qadağa tətbiq edəcək qanunvericiliyə dəyişikliklərindənsonra JTI istehlakçılardan və media nümayəndələrindən yenitənzimləmənin əhatə dairəsi ilə bağlı sorğular almışdır.

Bu səbəbdən JTI elektron siqaretlərlə qızdırılan tütünməmulatları arasındakı tənzimləmə fərqini aydınlaşdırmağı zərurihesab edir.

JTI təsdiq edir ki, onun innovativ qızdırılan tütün cihazı olanPloom mövcud qanunverici çərçivəyə əsasən elektron siqaret kimitəsnif edilmir. Qızdırılan tütün məmulatlarından fərqli olaraq,elektron siqaretlər maye məhlulların buxarlandırılması prinsipi iləişləyir və tətbiq olunan tənzimləyici təriflərə uyğun olaraq ayrıcaməhsul kateqoriyasını təşkil edir.

Qızdırılan tütün məmulatları və elektron siqaretlər fərqlitənzimləyici rejimlərə tabedir. Müvafiq olaraq, elektronsiqaretlərə dair qanunvericilik qadağası Ploom kimi qızdırılancihazlara şamil edilmir.

JTI tənzimləmə mexanizmlərinin effektiv icrası üçün aydın vədəqiq məlumatın vacibliyini qəbul edir. Şirkət milliqanunvericiliyə tam uyğunluğa, eləcə də, istehlakçıların və maraqlıtərəflərin məlumatlılığının artırılmasına sadiq qalır.

Əlavə məlumat üçün əlaqə:

JTI Azərbaycan

Korporativ Əlaqələr və Kommunikasiyalar

Tel.: +994 51 230 78 17

E-poçt: [email protected]

JTI, JT Group-un üzvü olaraq, keyfiyyət və innovasiyaya böyükönəm verən müasir və dinamik beynəlxalq şirkətdir. Şirkət 130-dançox bazarda fəaliyyət göstərir və yetkin istehlakçılara müstəsnatütün və nikotin təcrübələri təqdim etməyi hədəfləyir. JTI, dünyadaikinci və üçüncü ən böyük yandırılan tütün brendləri olan Winstonvə Camel-in qlobal sahibidir. Digər qlobal brendlərə MEVIUS və LDdaxildir. Şirkət həmçinin azaldılmış riskli məhsullarkateqoriyasında Ploom qızdırılan tütün brendi, Logic veýp brendi vəNordic Spirit nikotin paketləri ilə təmsil olunur. Mənzil-qərargahıİsveçrənin Cenevrə şəhərində yerləşən JTI 46 000-dən çox əməkdaşıişlə təmin edir və 2026-cı ildə ardıcıl on ikinci dəfə Global TopEmployer mükafatına layiq görülmüşdür. Ətraflı məlumat üçün:www.jti.com

Chosen
20
2
az.trend.az

3Sources