İsveçrənin İrandakı səfirliyinin əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub.
APA-nın cənub bürosunun xəbərinə görə, səfirliyin 4 nəfərlik heyətinin "Astara” Dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyəsi həyata keçirilib.
Onlar Azərbaycan dövlətinə təxliyəyə şərait yaradılmasına görə təşəkkürlərini bildiriblər.