Bakı. Trend:
Xəzər regionunda “yaşıl” enerji dəhlizləri formalaşır və Asiyaİnkişaf Bankı (AİB) bu transformasiyanı fəal şəkildədəstəkləyir.
Trend xəbər verirki, bunu AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri SunniyaDurrani-Camal bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi və “Yaşıl”enerji üzrə Məşvərət şuralarının iclasında deyib.
Onun sözlərinə görə, AİB dənizdə külək enerjisinin inkişafındaiştirak edir, regional ötürmə şəbəkələrini və ölkələrarası enerjibağlantılarını dəstəkləyir, həmçinin elektrik şəbəkələrininrəqəmsallaşdırılması və modernləşdirilməsini təşviq edir.
“Bu səylər ayrı-ayrı təşəbbüslər deyil. Onlar birlikdə sistemlitransformasiyaya töhfə verir, bərpa olunan enerji mənbələriningenişmiqyaslı inteqrasiyası üçün elektrik şəbəkələrini gücləndirirvə “yaşıl” enerjinin ixracı üçün yeni marşrutlar yaradır.
Gələcək yol praqmatizm, koordinasiya və uzunmüddətli baxış tələbedir. İnvestisiyalar eyni zamanda sabitliyi təmin etməli və gələcəkkarbonsuzlaşdırmanı dəstəkləməlidir”, – deyə o əlavə edib.
Direktor qeyd edib ki, AİB bu transformasiya prosesindəbalanslaşdırılmış, dayanıqlı və uzunmüddətli enerji sistemlərinininkişafına töhfə verərək etibarlı və sadiq tərəfdaş olaraq qalmağahazırdır.