EN

Cəlilabadda bu marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

BAKI, 3 mart. TELEQRAF

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Azərbaycan küçəsində fəaliyyət göstərən “MM” marketdə yoxlama keçirib.

Marketdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, yararlılıq müddəti bitmiş qida məhsulları və alkoqolsuz içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb.

Məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Chosen
26
9
teleqraf.com

10Sources