EN

Xamnəiyə sui qəsd Putinin iki dərin instinktini oyandırıb

Reyting.az saytına istinadən ain.az xəbər verir.

İranlı Ayətullah Əli Xəmnəiyə sui-qəsd Rusiya lideri Vladimir Putinin iki ən dərin instinktini oyandırıb.

Reyting.az xəbər verir ki, bu barədə “Politico” nəşrinin təhlilində qeyd edilib.

Bu instinktin birincisi, Putinin öz uzunömürlülüyü, ikincisi, Ukraynanı nəyin bahasına olursa-olsun məğlub etməklə müəyyənləşən siyasi yaşam arzusu ilə bağlı dərin paranoyadır. Bunun hər ikisi Kremlin veb saytında qısa bir açıqlamada nümayiş etdirilib və Putin Xamnəinin sui-qəsdini “bütün insan əxlaqı normalarının və beynəlxalq hüququn kinayəli şəkildə pozulması ilə törədilmiş qətl” kimi qınayıb. Qeyd olunur ki, bu, Rusiyanın keçmiş müttəfiqi, Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsinə veriləndən daha sərt reaksiyadır.

“Lakin Putin, xüsusən də, sui-qəsdin arxasında duran ölkələrin adını çəkməyib”, - deyə nəşr yazıb.

Nəşr Putinin hazırkı paranoyasının səbəblərini izah etmək üçün qısa bir zamana nəzər salıb. Bildirilir ki, Rusiyada Xamnəinin ölümü Liviyada Müəmmər Qəddafinin devrilməsi ilə müqayisələrə səbəb olub.

Rus jurnalisti Mixail Zyqarın sözlərinə görə, Qəddafinin 2011-ci ildə sui-qəsdi Putini qəzəbləndirib.

Karnegi Mərkəzinin baş elmi işçisi Aleksandr Baunov bildirib ki, “Qəddafinin ölümü Rusiya siyasətində - həm xarici, həm də daxili siyasətdə dönüş nöqtəsi olub”. Analitik əlavə edib ki, keçmiş “KQB” əməkdaşı olan Putin ABŞ və Avropanın Qəddafinin bu qədər qəddarcasına devrilməsinə icazə verməsini “xəyanətin zirvəsi” kimi qiymətləndirib.

Nəşrin yazdığına görə, illər keçdikcə Putin daha çox təcrid olunub və son hadisələr onun paranoyasını daha da artırıb.

Məqalədə qeyd edilib ki, Rusiya rəsmiləri Vaşinqtonu İrandakı əməliyyatı ilə bağlı tənqid etməkdən çəkinsələr də, Kremlin təbliğatı hər kəsin adından danışır.

“İran haqqında danışmağın həm də Rusiya haqqında danışmaq olduğunu başa düşürükmü?”,- nəşr Rusiyanın baş təbliğatçısı Solovyovdan sitat gətirib.

Kremlin digər ruporu Aleksandr Duqin Vaşinqtonun Rusiyaya da eyni şeyi etməyi planlaşdıra biləcəyi fikrini yayıb.

“Növbəti kimin olduğu və belə bir düşmənlə danışıqların əslində nə demək olduğu aydındır”, - deyə o, ABŞ-nın iştirakı ilə Ukrayna ilə sülh danışıqlarına işarə edərək bildirib.

Kremlpərəst bir nəşr hətta “Bizi necə öldürəcəklər”,- başlıqlı məqalə də dərc edib.

Nəşr yazır ki, Kreml, əksinə, daha diplomatik mövqe tutub və İranla bağlı vəziyyətdən “dərin məyusluq” və ABŞ-nın Ukraynadakı səylərinə “dərin minnətdarlıq” ifadə edən mətbuat katibi Dmitri Peskovun sözlərinə istinad edib. Peskov əlavə edib ki, “ilk növbədə biz öz maraqlarımızı müdafiə edirik”.

“Mesaj aydın idi: Putin İrana qarşı hislərinin Ukraynadakı məqsədlərinə çatmasına mane olmasına icazə verməyəcək”, - deyə yazıda vurğulanır.

London Kral Kollecinin Rusiya siyasəti üzrə professoru Sem Qrin qeyd edib ki, Putinin Ukraynaya qarşı əsas silahı Tramp administrasiyasının ukraynalılara və avropalılara təzyiq göstərmək istəyi və bacarığı olub: “Onun bu silahdan imtina etmək üçün heç bir səbəbi yoxdur. Putinin şəxsi hissləri nə olursa-olsun, onun hərəkətləri onun praqmatist olduğunu göstərir”,- deyə Qrin bildirib və əlavə edib:

“O, iranlılara, şimali koreyalılara, çinlilərə və ya başqalarına kömək məqsədilə öz həyatını, şəxsi təhlükəsizliyini, rejiminin təhlükəsizliyini və ya Rusiyanın milli təhlükəsizliyi ilə bağlı vizyonunu riskə atmayacaq”.

ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
reyting.az

1Sources