EN

Cənubi Qafqazda yaranan yeni reallıqlar Azərbaycanın qətiyyətli və prinsipial siyasəti nəticəsində formalaşıb ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan bu gün mürəkkəb və ziddiyyətli beynəlxalq şəraitdə olduqca balanslı, praqmatik və milli maraqlara əsaslanan siyasət yürüdür. Regionumuzda baş verən proseslər, xüsusilə Yaxın Şərqdə artan gərginlik fonunda sabitlik və təhlükəsizlik məsələləri daha da aktuallaşıb. Məhz bu kontekstdə Azərbaycanın rasional və uzaqgörən xarici siyasəti ölkəmizi risklərdən qoruyur və regional sabitliyin dayaqlarından birinə çevirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva deyib.

“Bu siyasətin əsas memarı isə Prezident İlham Əliyevdir. Onun prinsipial və eyni zamanda, çevik diplomatik yanaşması nəticəsində Azərbaycan həm regional, həm də qlobal aktorlarla qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan münasibətlər qurub. Azərbaycan coğrafi mövqeyinə uyğun olaraq tarixən sivilizasiyalararası körpü rolunu oynayıb. Bu gün isə ölkəmiz həm enerji təhlükəsizliyində, həm nəqliyyat-logistika xətlərində, həm də humanitar təşəbbüslərdə mühüm tranzit və dialoq platformasına çevrilib. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlı tərəfdaşdır. Bu kontekstdə humanitar dəhliz rolu yalnız fiziki nəqliyyat marşrutları ilə məhdudlaşmır, eyni zamanda, mədəniyyətlər və siyasi platformalar arasında etimadın qurulmasına xidmət edir. Məhz buna görə də ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı məkan kimi qəbul olunur”, - deyə ictimai birlik sədri vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın əsas prioriteti öz milli təhlükəsizliyini, həmçinin regionda sabitliyi dəstəkləmək və qarşıdurmaların genişlənməsinin qarşısını almağa yönəlmiş diplomatik mövqeyi qorumaqdır. Ölkəmiz heç bir blok qarşıdurmasının tərəfi deyil və məhz bu balans siyasəti nəticəsində sabitlik mühitini qoruyub saxlayır.

“Bu gün Cənubi Qafqazda yaranan yeni reallıqlar Azərbaycanın qətiyyətli və prinsipial siyasəti nəticəsində formalaşıb. Ölkəmiz regionda uzunmüddətli sülhün tərəfdarıdır və sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüskar mövqe tutur. Sabitlik yalnız hərbi və ya siyasi amillərlə deyil, iqtisadi inteqrasiya, nəqliyyat layihələri və humanitar əməkdaşlıq vasitəsilə möhkəmləndirilir. Ölkəmiz qonşu regionlarda gərginlik artdığı bir vaxtda belə daxili sabitliyini qoruyur, iqtisadi inkişafını davam etdirir və beynəlxalq arenada etibarlı tərəfdaş statusunu möhkəmləndirir”, - deyə QHT sədri vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
azertag.az

2Sources