EN

Səməd Vurğun poeziyası xalq yaradıcılığından qaynaqlanır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 3 mart, AZƏRTAC

Martın 3-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Tədbiri açan Muzeyin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı görkəmli söz ustadı Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, onun milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolundan bəhs edib. O, üslubundakı sadəliyin Səməd Vurğunun şeirində xalq ədəbiyyatından, Aşıq Ələsgərdən, klassik poeziya nümunələrindən və Vaqif qoşmalarından qaynaqlandığını, şairin əlinə qələm aldığı gündən folklora və aşıq sənətinə bağlı olduğunu, ədəbi fəaliyyətində isə onların tükənməz gücündən yararlandığını qeyd edib. Vurğulayıb ki, şairin doğulduğu və böyüdüyü torpaq onun aşıq poeziyası ilə bağlılığını daha da gücləndirib, dövrünün tanınmış aşıqları ilə ünsiyyət qurmasına şərait yaradıb.

Tədbirdə Səməd Vurğun yaradıcılığının əsas məziyyətlərindən, onun dünyanı, təbiəti duymaq, qavramaq qabiliyyətindən, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirməsindən, məhsuldar şair olaraq yazdıqları əsərlərə görə dövlət tərəfindən ən yüksək ad və mükafatlara layiq görülməsindən söhbət açılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
azertag.az

1Sources