EN

Gündüz İsmayılov: İftar süfrələri mənəvi həmrəyliyi gücləndirir

Azertag saytına istinadən ain.az xəbər verir.

İstanbul, 3 mart, Günel Karatepe, AZƏRTAC

Türkiyədə təşkil edilən iftar süfrələri Azərbaycanın islam dininə verdiyi dəyəri özündə əks etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dini İşlər üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

O qeyd edib ki, Ramazan ayında bu cür mərasimlərin təşkili soydaşlarımızı bir araya gətirmək fürsəti yaradır: “Biz də bu fürsəti dəyərləndirməyə çalışırıq. Bu, həm də onların hər sahədə olduğu kimi, din və mənəviyyat baxımından da Azərbaycan dövlətinin qayğısını hiss etmələrinə vəsilə olur. Bu kimi tədbirlər həm də iki qardaş ölkə arasındakı mənəvi bağların daha da bərkiməsinə xidmət edir, mənəvi həmrəyliyi gücləndirir”.

Sədr müavini bildirib ki, ötən ildən başlayaraq komitə Türkiyə və Gürcüstanda belə mərasimlər təşkil edir. Bu il isə Türkiyə Diyanət İşləri İdarəsinin də dəstəyi ilə azərbaycanlıların İstanbulda daha sıx məskunlaşdığı Halkalı bölgəsində iftar süfrəsi açılıb. Bu ənənə Qars və İğdırda yenə də davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
azertag.az

1Sources