EN

Saatlı məktəbliləri zərərli vərdişlərdən qorunma yolları haqqında məlumatlandırılıblar

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Saatlı rayonu Rasim Səfərov adına Qara Nuru kənd tam orta ümumi təhsil məktəbində “Narkotik və psixotrop maddələrin zərərləri” mövzusunda maarifləndirici görüş keçirib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin nümayəndələri və məktəbin VIII-IX sinif şagirdləri iştirak ediblər.

Tədbir iştirakçılarına Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, narkotik maddələrin zərərləri haqqında danışılıb. Eyni zamanda, yeniyetmələrin zərərli vərdişlərdən qorunma yolları, təhlükəli hallarla qarşılaşdıqları təqdirdə necə davranmalı olduqları və aidiyyəti qurumlara müraciət qaydaları izah edilib.

Görüş müzakirələrlə davam edib və iştirakçıların sualları cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
azertag.az

1Sources