EN

İranda ölən şagirdlər dəfn edildi – Yenilənib + Video



İranın cənubundakı Minab şəhərində fevralın 28-i qızlar məktəbinə edilən hücumda həlak olan 165 nəfərin dəfn mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, İranın dövlət qurumları dəfn üçün hazırlanmış məzarların fotolarını yayımlayıb.
“Əl-Cəzirə”nin məlumatına görə, dəfn mərasimində minlərlə insan “Amerikaya ölüm”, “İsrailə ölüm” və “Təslim olmayacağıq” şüarları səsləndirib. İsrail ordusu Minaba edilən hər hansı bir zərbədən xəbərsiz olduğunu bildirib. Pentaqon da öz növbəsində məktəbə edilən zərbə barədə məlumatı araşdırdığını qeyd edib.

***11:52
İranda ABŞ və İsrailin qızlar məktəbinə endirdiyi zərbələr nəticəsində ölən şagirdlərlə vida mərasimi keçirilir.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə sözügedən mərasimdən kadrlar yayılıb.
Kadrlarda minlərlə insanın meydanlaşa axışdığı müşahidə olunur.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyat başladıb və elə həmin gün ölkənin Minab şəhərində qızlar məktəbinə zərbə endirilib.
Hücum nəticəsində əksəriyyəti məktəbin şagirdləri olmaqla, ümumilikdə, 165 nəfər həlak olub, daha 96 nəfər yaralanıb.
Chosen
89
40
yeniavaz.com

10Sources