EN

Rusiya ilə kritik müzakirə: Ermənistan dəmir yolları kimə həvalə olunacaq?

Ermənistanın dəmir yollarının idarə olunması məsələsi yenidən gündəmdədir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, parlamentin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında hazırda Rusiya tərəfi ilə Ermənistan dəmir yollarının idarə olunması məsələsinin müzakirə edildiyini bildirib.

“Tezliklə cavab gözləyirik. Layihə mühüm əhəmiyyət daşıyır. Buna görə də bu məsələni müzakirə etmək və onunla məşğul olmaqdan başqa alternativimiz yoxdur”, – deyə Simonyan qeyd edib.

Erməni spiker əlavə edib ki, bu istiqamətdə maraq göstərən digər ölkələr də var. Bununla belə, danışıqlar davam edir və yekun qərar hələ qəbul olunmayıb.

Musavat.com

Chosen
49
musavat.com

1Sources