EN

Rusiya vətəndaşları Azərbaycandan xüsusi reyslə Moskvaya göndərilir

Modern.az saytına istinadən ain.az xəbər verir.

Təhlükəli vəziyyət səbəbilə İran ərazisindən Azərbaycana keçən Rusiya vətəndaşlarının vətənə qaytarılması üçün xüsusi reys təşkil olunub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi TASS agentliyinə açıqlama verib. Bildirilib ki, İran sərhədini quru yolla keçərək Azərbaycana gələn vətəndaşların Moskvaya çatdırılması üçün nazirliyə məxsus təyyarə artıq yola düşüb.

Qeyd edək ki, fevralın 28-dən bu günədək İran istiqamətindən Azərbaycana ümumilikdə 127 Rusiya vətəndaşı təxliyə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
modern.az

1Sources