EN

Bakı və Budapeşt arasında enerji tərəfdaşlığı Mərkəzi Avropanın təhlükəsizlik konfiqurasiyasını dəyişir – macarıstanlı ekspert

Bakı, 3 mart, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycanla Macarıstan arasında enerji əməkdaşlığı Mərkəzi Avropanın enerji təhlükəsizliyinin transformasiyasında əsas amillərdən birinə çevrilir.

Bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında beynəlxalq münasibətlər üzrə macar ekspert Laslo Vaşa səsləndirib.

Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra məhz alternativ marşrutlar və türk dövlətləri ilə tərəfdaşlıqlar bir sıra ölkələrə xarici enerji riskləri qarşısında zəifliyi azaltmağa imkan verib. Ekspert vurğulayıb ki, Azərbaycan yüksək qeyri-sabitlik şəraitində belə, öhdəliklərini yerinə yetirməyə qadir olan sabit və etibarlı enerji təchizatçısı kimi özünü təsdiqləyib.

O qeyd edib ki, birgə investisiya layihələri ikitərəfli münasibətlər üçün möhkəm iqtisadi baza yaradır və ənənəvi təchizatçıların məhdud dairəsindən asılılığı azaltmaqla Mərkəzi Avropanın strateji muxtariyyətini gücləndirir.

Chosen
15
1
azertag.az

2Sources