EN

Paralimpiyaçılarımız “Decathlon”da ustad dərsi keçib Fotolar

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Paralimpiya Komitəsinin və “Decathlon”un təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının dəstəyilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parataekvondo üzrə ustad dərsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir “28 Mall” ticarət mərkəzində yerləşən “Decathlon” mağazasında baş tutub.

Ustad dərsi zamanı parataekvondoçularımız – Paralimpiya çempionu İmaməddin Xəlilov və Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov tərəfindən yeniyetmə və gənclər ilə parataekvondonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunub.

Tədbirdə iştirak edən “Decathlon” mağazasının müştərilərindən Paralimpiya mövzusunda verilən suallara düzgün cavab verən 3 nəfərə Milli Paralimpiya Komitəsinin hədiyyələri təqdim olunub.

Bu il 30 illik yubileyini qeyd edən Milli Paralimpiya Komitəsi tərəfindən belə kütləvi tədbirlərin keçirilməsinin əsas məqsədi əlilliyi olan uşaqların idmana cəlb olunması və onların idman bacarıqlarının inkişaf etdirilməsi ilə Azərbaycanı gələcəkdə beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni paralimpiyaçı nəslinin yetişdirilməsidir.

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə silsilə tədbirlər davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
qafqazinfo.az

1Sources