EN

İranın yeganə PUA daşıyıcısı məhv edildi

İran mediası ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) pilotsuz təyyarələrin daşınması və buraxılması üçün nəzərdə tutulmuş, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə məxsus yeganə aviadaşıyıcı gəmisi "IRIS Shahid Bagheri"nin məhv edilməsi barədə məlumatını təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.

"İki gün əvvəl İran rejiminin Oman körfəzində 11 gəmisi var idi, bu gün isə onların sayı sıfırdır. İran rejimi Amerika aviadaşıyıcısını batırdığını iddia edərək yalan məlumatlar yaymağa davam edir. Həqiqət isə budur: vurulan yeganə aviadaşıyıcı pilotsuz təyyarələr daşıyan İranın 'Shahid Bagheri' gəmisi olub", — deyə CENTCOM-un paylaşımında bildirilir.

Amerikalı hərbçilər iddia edirlər ki, gəmiyə zərbə İsrail və ABŞ-ın İrana qarşı birgə kampaniyası başladıqdan cəmi bir neçə saat sonra endirilib.

Chosen
13
1
publika.az

2Sources