EN

Ərdoğan: Türkiyə terrorla mübarizədə Pakistanın yanındadır

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Türkiyə Pakistanda baş verən terror aktlarını qınayıb və terrorla mübarizədə İslamabadın yanında olduğunu bəyan edib.

"Ölkə.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.

Söhbət zamanı liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan İrana qarşı hücumlarla başlayan münaqişəli proseslə əlaqədar bölgədə diplomatiyanın yenidən işə salınmasının böyük fayda verəcəyini, Türkiyənin bunun üçün əlindən gələn dəstəyi verməyə hazır olduğunu açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
81
7
olke.az

10Sources