EN

Xomeyni yeni dini lider seçiləcəkdi İsrail vurdu

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrail İranda dini lideri seçən Ekspertlər Məclisinin binasını vurub. Xameneinin ölümündən sonra Məclisin yeni dini lideri seçəcəyi gözlənilirdi. İstisna deyil ki, zərbə bununla bağlı iclasın getdiyi vaxt endirilib.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

“İranın hərbi-siyasi-dini rəhbərliyinin hədəfə alınmasında İsrailin istifadə etdiyi hücum taktikası da bu ehtimalı gücləndirir. Son günlər potensial yeni dini lider kimi daha çox Xomeyninin nəvəsi Həsən Xomeyninin adı hallanırdı. SEPAH komandirlərin öldürülməsindən sonra hərbi struktur daxilində Xameneinin oğlu Müctəba Xameneinin mövqelərinin zəiflədiyi, Həsən Xomeyninin önə çıxdığı haqda məlumatlar var”, - o bildirib.

Qeyd edək ki, İran İslam Respublikasında ali dini rəhbəri seçən və nəzarət edən Ekspertlər Məclisinin (Xubreqan Şurası) 88 üzvü olur. Bu şura üzvləri 8 illik müddətə xalq tərəfindən seçilir və ölkənin siyasi sistemində mühüm rol oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
www.bakupost.az

1Sources