EN

Kupça yoxdursa, sığorta da yoxdur...

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kupçası olmayan evlərin sığortalanması məsələsi illərdir ki, daşınmaz əmlak bazarında müzakirə olunan əsas mövzulardan biridir.

Ölkədə yüzminlərlə sənədsiz ev var. Bu evlərdə yaşayan vətəndaşlar nəinki sığorta etdirə bilmir, hətta çox vaxt rəsmi sənəd də ala bilmirlər.

Belə vəziyyət həm insanlar, həm də sığorta şirkətləri üçün risk sayılır. Çünki evin hüquqi statusu tam aydın olmadıqda,  hər hansı problem yaranarsa, məsuliyyət məsələsi çətinləşir.

Sənədi olmayan evlər əmlak sığortasına necə cəlb oluna bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, sənədsiz evlərin əmlak sığortasından yararlana bilməməsi problemli məsələlərdəndir:

“Beynəlxalq praktikada hər hansı daşınmaz əmlaka mülkiyyət sənədlərinin olub-olmamasına görə onun sığortalanması istiqamətində xüsusi tələb yoxdur. Sadəcə, Azərbaycanda sığorta şirkətləri risklərlə üzləşməmək üçün bu cür əmlakları üzərlərinə götürmürlər. Lakin investisiyaları yüksək olan sığorta şirkətləri daha yüksək risk əmsalı ilə belə əmlakları sığorta edə bilərlər.

Qanunsuz, çıxarışı olmayan tikililər üçün kompleks tədbirlərin görülməsi tövsiyə olunur ki, vətəndaşların mülkiyyətləri leqal əsasla sənədləşdirilsin və sığorta predmetinə çevrilsin. Sığorta bazarı üçün bu, ən optimal həll yoludur”.

Ekspert qeyd edib ki, əsasən fərdi mənzillər və bəzi hallarda çıxarışı olmayan digər tikililər bu vəziyyətdədir:

“Ölkədə 70-yə yaxın yeni tikilmiş çoxmənzilli bina var ki, orada 10–15 ildir əhali yaşayır, lakin binanın istismara qəbul aktı yoxdur. Gec-tez vətəndaşlar həmin binalardakı mənzilə çıxarış almalıdırlar. Bundan əlavə, yeni inşa olunmuş binaların istismara qəbul prosesi bir qədər uzun çəkir. İstənilən halda, bu məsələyə adiyyəti dövlət qurumlarının qarışması zəruridir”.

Gülər Həsənli

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
cebheinfo.az

2Sources