EN

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

Astara, 3 mart, AZƏRTAC

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə bir qrup Rusiya vətəndaşı təxliyə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təxliyə olunanlar arasında azyaşlılar da var. Onların Azərbaycan ərazisindən təhlükəsiz keçidi təmin edilib.

Təxliyə olunan şəxslər xüsusi avtobuslarla Lənkərana aparılacaq, oradan təyyarə ilə Rusiyaya yola salınacaqlar.

İlkin Adıyev - müxbir

Chosen
27
4
azertag.az

5Sources