EN

Teyyub Aslanov: Operaların səhnələşdirilməsi gənclərin bu sahəyə marağını artırır

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 mart, AZƏRTAC

Bu gün Heydər Əliyev Sarayında ideya və musiqi müəllifi, Xalq artisti Siyavuş Kərimi, librettosunun müəllifi, akademik Rafael Hüseynovun birgə əməyinin bəhrəsi olan “Nəsimi” operası tamaşaçılara təqdim edilib. Opera Nəsimi irsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Teyyub Aslanov deyib.

Tamaşada Fəzlullah Nəimi rolunu ifa edən sənətkar qeyd edib ki, operaların daha çox səhnələşdirilməsi gənclərin bu sahəyə marağını artırır: "Nəsimi" yeni operadır. Çünki son illərdə yeni opera əsərləri yazılmırdı. Bu baxımdan bu, çox gözəl təşəbbüsdür. Operalar nə qədər çox səhnələşdirilsə, bir o qədər gənclər bu sənətə cəlb olunar.”

O bildirib ki, son dövrlərdə gənclərin musiqiyə və tamaşalara marağı artıb. Bu çox sevindiricidir. Həmçinin, klassik musiqini də təbliğ etmək lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
2
azertag.az

3Sources