EN

İsrail ordusu SEPAH-ın Livandakı korpus komandirinin öldürüldüyünü açıqladı

BAKI, 3 mart. TELEQRAF

İsrail hərbçiləri Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Livan Qüds Qüvvələrinin komandiri vəzifəsini icra edən Daud Əli Zadəni öldürüblər.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda onun İsrail avia-zərbələr nəticəsində öldüyü bildirilir. "O, Livan Qüds Qüvvələrinin keçmiş komandiri Həsən Məhdəvinin İsrail tərəfindən öldürülməsindən sonra müvəqqəti komandir vəzifəsində çalışıb" - bəyanatda qeyd olunur.

Chosen
95
3
teleqraf.com

4Sources