Milli Hidrometeorologiya Xidmətindən QHT.az-a verilən məlumata görə, martın 4-ü gündüzdən 5-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
QHT.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Şirvan, Sabirabad, Hacıqabul, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.