EN

Cəmilə Haşımova: “Gözəlliyə sevgi ilə” sərgisi bahar ab-havasından ilhamlanıb

Bakı, 3 mart, AZƏRTAC

Bu sərgini məhz burada təşkil etməyi çox istəyirdim. Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın ekspozisiyaların konsepsiyasına yanaşma tərzi mənə həmişə yaxın olub. Müəyyən mərhələdə layihə ilə bağlı ortaq məxrəcə gəldik. Hətta şeirlərlə bağlı tərəddüdlərim var idi, lakin o israr etdi və sonradan bunun doğru qərar olduğunu gördük.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Gözəlliyə sevgi ilə” sərgisinin müəllifi Cəmilə Haşımova bildirib.

Rəssamın sözlərinə görə, ekspozisiyanın mühüm hissələrindən birini onun özü tərəfindən sərbəst şəkildə hissə-hissə hazırlanmış qısa animasiya filmi təşkil edir.

“Bu, mənim üçün yeni, lakin çox maraqlı təcrübə idi. Qeyri-adi olduğu üçün proses daha cəlbedici alındı”, – deyə o qeyd edib.

Sərginin ideyasından danışan C.Haşımova bildirib ki, ekspozisiya bütövlükdə bahara, gözəlliyə və sevgiyə həsr olunub. Layihənin əsas ilham mənbəyi isə Novruz bayramı və 8 Mart – Beynəlxalq Qadınlar Günü olub.

Günel Alıyeva – müxbir

Orxan Krimov – foto

Chosen
27
1
azertag.az

2Sources