EN

Ronaldo üçün ikiqat uğursuzluq

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kriştiano Ronaldo üçün sonuncu oyun ikiqat uğursuz alınıb."Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in hücumçusu zədələnib. Portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı liqasının 24-cü turunun “Əl-Feyha” ilə səfər matçında sıradan çıxıb. 41 yaşlı futbolçu 81-ci dəqiqədə meydandan axsayaraq kənara çıxıb. Futbolçunun bud əzələsindən zədələndiyi bildirilir. Amma onun sıraya nə vaxt dönəcəyi hələ ki açıqlanmayıb.Qeyd edək ki, Ronaldo ilk hissədə penaltini qola çevirə bilməyib. Buna baxmayaraq, oyun onun komandasının 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
icma.az

2Sources