EN

“Real”da ciddi itki

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, Rodriqo sıradan çıxıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.
 

Braziliyalı vinger La Liqanın 26-cı turunun "Xetafe" ilə matçında (0:1) ağır zədə alıb. Sağ dizinin çarpaz bağları qopan 25 yaşlı futbolçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.


Braziliya millisinin üzvü iyun ayında başlayacaq dünya çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Rodriqo bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
11
3
bizim.media

6Sources