EN

“Atletiko” ağır məğlubiyyətə baxmayaraq final biletini qazandı

İspaniya Kubokunun 2025/2026 mövsümünün yarımfinal mərhələsinin cavab oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Spotify Camp Nou” stadionunda baş tutan qarşılaşmada "Barselona" ilə "Atletiko Madrid" komandası üz-üzə gəlib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 29-cu dəqiqədə açılıb. “Blauqrana”nın yarımmüdafiəçisi Mark Bernal fərqlənərək komandasını önə keçirib. Birinci hissəyə əlavə olunmuş 45+4-cü dəqiqədə braziliyalı hücumçu Rafinya penaltidən dəqiq zərbə ilə üstünlüyü artırıb.

72-ci dəqiqədə yenidən səhnəyə çıxan Mark Bernal özünün ikinci qolunu vuraraq hesabı darmadağın həddinə çatdırıb – 3:0.

Komandalar arasında ilk görüş fevralın 12-də Madriddə, “Civitas Metropolitano” stadionunda keçirilmiş və "Atletiko Madrid"in 4:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən “matrasçılar” ümumi hesabda 4:3 üstün olaraq finala yüksəliblər.

Qeyd edək ki, "Barselona" hazırda İspaniya Kubokunun son qalibidir. Kataloniya təmsilçisi 26 aprel 2025-ci ildə keçirilmiş finalda Madridin Real Madrid klubunu əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək titulu qazanmışdı.

Chosen
29
90deqiqe.az

1Sources