EN

"İnter" ilk yarımfinalda "Komo" ilə qolsuz heç-heçə etdi

İtaliya Kubokunun yarımfinal mərhələsinin iki oyunluq formatı nəzərə alınaraq "İnter" səfərdə "Komo" ilə qarşılaşmada ehtiyatlı taktiki seçim edərək qolsuz heç-heçəyə üstünlük verib – 0:0.

90deqiqe.Az-ın məlumatına görə, oyunda ilk real təhlükəli epizod birinci hissənin sonlarında qeydə alınıb. “Komo”nun futbolçusu Nikolas Pas cərimə meydançasının kənarından uzaq küncə zərbə endirib, lakin qapıçı təhlükəni dəf edərək topu künc zərbəsinə çıxarıb.

Daha sonra Mergim Voyvoda sağ cinahdan sürətlə irəliləyərək Alessandro Bastonini arxada qoyub, qapıçı ilə təkbətək vəziyyətə çıxıb. O, qolkiperin üzərindən topu keçirsə də, uzaq küncü dəqiq nişan ala bilməyib.

İkinci hissənin əvvəlində Matteo Darmian cərimə meydançasına daxil olaraq kəskin bucaqdan zərbə vurub. Top yaxın dirəyə dəyərək meydanı tərk edib.

Görüşdə daha bir əlverişli imkan isə İvan Smolçiçin ötürməsindən sonra yaranıb. Lakin Aleks Valle bir neçə metrdən topu qapı çərçivəsinə yönəldə bilməyib.

Beləliklə, tərəflər arasında finala vəsiqənin taleyi Milanda keçiriləcək cavab qarşılaşmasında müəyyənləşəcək.

Chosen
23
90deqiqe.az

1Sources