EN

Romada ABŞ səfirliyi qarşısında yüzlərlə insan etiraz etdi

BAKI, 4 mart. TELEQRAF

İtaliyanın paytaxtı Romada ABŞ səfirliyinin binası qarşısına bir neçə yüz nəfər toplaşaraq etiraz aksiyası keçirib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, mitinq zamanı çıxış edənlər Vaşinqtonun imperialist siyasətini və İtaliya hökumətinin fəaliyyətini pisləyiblər.

Aksiyada çıxışedənlərdən biri bildirib ki, məqsəd antiimperialist cəbhə formalaşdırmaq, məktəblərdə, universitetlərdə və müəssisələrdə yerli müxalifəti gücləndirməkdir. O, hökuməti kütləvi qırğınlara bəraət qazandırmaqda ittiham edib.

Aksiyanın təşkilatçısı Sol yönümlü və kommunist təmayüllü birlikləri birləşdirən Baza Həmkarlar İttifaqları İttifaqı olub. Tədbirdə İran diasporunun nümayəndələri də iştirak ediblər. Mitinq iştirakçıları İran və Fələstin bayraqları qaldırıblar.

Təşkilatçılar növbəti aksiyaların keçiriləcəyini və martın 14-nə ümummilli nümayiş planlaşdırıldığını açıqlayıblar.

Chosen
44
teleqraf.com

1Sources