EN

"Qarabağ"la "Sabah" varsa… Son 8 mövsümün rekordu qırıldı

Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Sportinfo.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, XXII turun son oyununa təsadüf edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" – "Sabah" matçını (3:3) 10 361 tamaşaçı izləyib.

Bunadək rekord XII turda qeydə alınmışdı. 2025-ci il noyabrın 21-də baş tutan "Sumqayıt" – "Qarabağ" oyununu 9 100 azarkeş izləmişdi.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşan matçda qonaqlar qalib gəlib – 4:2.

"Qarabağ" – "Sabah" görüşündəki göstərici təkcə cari deyil, son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/2018 mövsümündə təsadüf olunub.

2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilən XI turun "Kəpəz" – "Qarabağ" qarşılaşmasında (0:2) 13 300 azarkeş qeydə alınıb.

Chosen
101
sportinfo.az

1Sources