Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Reytinqləri alt-üst edən "İnci Taneleri" serialının ulduzu Hazar Ergüçlü qatıldığı proqramda səmimi açıqlamaları ilə diqqət çəkib. Dilber obrazı ilə rəğbət qazanan aktrisa çəkilişlərin fiziki və psixoloji çətinliklərindən bəhs edib.Demokrat.az xəbər verir ki, aktrisa gərgin iş qrafikinin onu tükəndirdiyini gizlətməyib. "Birinci mövsüm evə yorğunluqdan titrəyərək döndüyüm günlər oldu" deyən Hazar Ergüçlü son illərdə daxilən böyük bir həvəssizlik yaşadığını bildirib. O, hətta yemək yeməyə belə iştahının qalmadığını vurğulayıb.Karyerasında hər zaman hissləri ilə qərar verdiyini deyən aktrisa peşəsinə yanaşmasını belə izah edib: "Bu işi məcburən etmək olmur. İçimdən gəlməsə, heç nə edə bilmərəm".Hazar Ergüçlü həmçinin çəkiliş meydançalarındakı sərt iyerarxiyadan və teatrın ona qazandırdığı azadlıqdan danışıb. O, səhnədə tək qalmağın insana rüsvay olmaq qorxusuna qalib gəlməyi öyrətdiyini qeyd edib.İsmayıl
Demokrat.az









Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.