
ABŞ-ın İrana qarşı keçirdiyi hərbi əməliyyatda 50 mindən çox hərbçi və 200 qırıcı təyyarə iştirak edir.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper məlumat verib.
"Bu əməliyyatda 50 mindən çox hərbçi, 200 qırıcı təyyarə, 2 aviadaşıyıcı və ABŞ-ın bombardmançı təyyarələri iştirak edir" - deyə CENTCOM-un "X" hesabında paylaşılan videomüraciətdə admiral qeyd edib. Kuper həmçinin əlavə qüvvələrin də hazırda yolda olduğunu bildirib.