EN

Avropa ABŞ-ın Yaxın Şərqdəki münaqişəyə həddindən artıq diqqət ayırmasından narahatdır

Avropalı liderlər ABŞ Prezidenti Donald Tramp və administrasiyasının İrana qarşı həyata keçirilən əməliyyat fonunda Rusiyanı və Ukrayna məsələsini diqqətdən kənarda qoya biləcəyindən narahatdırlar.

Editor.az xəbər verir ki, bu fikir britaniyalı politoloq, ABŞ–Yaxın Şərq Layihəsinin rəhbəri Daniel Levi tərəfindən verilən müsahibədə səsləndirilib.

Ekspert bildirib ki, Avropa ölkələri eyni zamanda İsrailə yardımı dayandırmayıblar. Onun sözlərinə görə, Avropa liderləri bununla Ukrayna məsələsində Trampın rəğbətini qazanmaq istiqamətində əvvəlki uğursuz cəhdlərini təkrarlamağa çalışırlar.

Levi hesab edir ki, avropalılar Tramp administrasiyasının siyasətini tam dərk etmirlər və Vaşinqtonu razı salmaq istəkləri onların zəif mövqedə olduqlarını nümayiş etdirir.

//Gülnarə Abasova, Editor.az

Chosen
96
editor.az

1Sources