Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab matçı baş tutacaq.
İdman.Biz xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Şamaxı” ilə üz-üzə gələcək.
Görüşün start fiti saat 19:00-da səslənəcək.
Tərəflər arasındakı Şamaxıda baş tutan ilk matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun ilk yarımfinalçısı “Zirə” olub. Digər oyunlar martın 5-də keçiriləcək.