Pentaqon bazar günü İranın pilotsuz təyyarəsinin hücumunda həlak olan altı amerikalı hərbçidən dördünün şəxsiyyətini müəyyən edib.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Həlak olan əsgərlər - 35 yaşlı kapitan Kodi Hork; 42 yaşlı birinci dərəcəli çavuş Noah Tietjens; 39 yaşlı birinci dərəcəli çavuş Nikol Amor və 20 yaşlı çavuş Deklan Kodidir", - KİV yazıb.
Qeyd olunur ki, dörd nəfərin hamısı Ayova ştatındakı Ordu Ehtiyat bölməsi olan 103-cü Dəstək Komandanlığında xidmət edib.
Bazar günü baş verən hücumda həlak olan digər iki əsgərin şəxsiyyəti isə hələ müəyyən edilməyib.
Gülayə Mecid