ABŞ Hərbi Hava Qüvvələrinin təqaüdçü generalı, NLO tədqiqatları ilə məşğul olduğu iddia edilən tədqiqat laboratoriyalarına rəhbərlik edən Uilyam Neil Makkasland ABŞ-ın Nyu-Meksiko ştatında itkin düşüb.
Britaniyanın “Daily Mail” qəzetinin məlumatına görə , 68 yaşlı Makkasland sonuncu dəfə 27 fevralda görülüb.
Məqalədə deyilir ki, “Səhhətindəki problemlərə görə hüquq-mühafizə orqanlarının əməkdaşları onun təhlükəsizliyindən narahatdırlar”.
Qeyd olunur ki, axtarışda FTB nümayəndələri də iştirak edir.
Makkasland 2013-cü ildə Hərbi Hava Qüvvələrindən təqaüdə çıxıb.
Fevral ayının sonunda külli miqdarda məxfilikdən çıxarılmış UFO sənədlərini saxlayan The Black Vault veb saytı 3,8 milyon məxfi faylı itirdi .
Həmçinin bildirilib ki, Amerika lideri Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetə yerdən kənar həyat haqqında məlumat yaymağı tapşırıb .