EN

Arbelona kapitanlarla iclas keçirdi

style='margin-bottom:10px;'>

"Real" La Liqada ardıcıl ikinci məğlubiyyətindən sonra baş məşqçi Alvaro Arbeloa əvvəlcə kapitanlar, daha sonra isə bütün komanda və məşqçilər heyəti ilə təcili iclası keçirib.

QOL.az COPE-yə istinadən xəbər verir ki,  ispaniyalı mütəxəssis komandadan mövsümün son mərhələlərində əlavə səy göstərməyi istəyib. Vurğulanıb ki, "Real" oyunçuları vəziyyətin nə qədər təhlükəli olduğunu anlasalar da, ümidlərini itirməyiblər.

Martın 2-də Arbeloanın komandası La Liqanın 26-cı turunda "Xetafe"yə 0:1 hesabı ilə məğlub olub. 21 fevralda isə "Real" 25-ci turunda "Osasuna"ya 1:2 hesabı ilə məğlub olub. Bundan sonra Arbelonanın istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Chosen
17
2
teleqraf.com

3Sources