Bakı.Trend:
Ötən gün polis əməkdaşları tərəfindən xeyli sayda silah-sursataşkarlanıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.
Bildirib ki, martın 3-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 tapança, 3qumbara, 1 alışdırıcı, 23 tüfəng, 7 patron darağı və 829 ədədmüxtəlif çaplı patron aşkar edərək götürüblər.