ABŞ və İsrail hərbi hava qüvvələri Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinə yenidən havadan zərbələr endiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, şəhərin İmam Əli bulvarı (Qoyun körpüsü) bombalanıb. Həmin ərazinin bir neçə dəqiqə ərzində dəfələrlə hədəfə alındığı, şəhər üzərində İsrail qırıcıları və PUA-larının uçduğu bildirilib.
Eyni halda Urmiyanın “Arteş” küçəsində yerləşən dövlət obyeklərinin də 4 raketlə vurulduğu qeyd olunub.
Mənbələr əyalət mərkəzinin Polis Komandanlığının kəşfiyyat bölməsinin də zərbələrə məruz qaldığını vurğulayıblar.