EN

“Xameneinin yerinə seçilən hər bir lider məhv ediləcək” - İsrail müdafiə naziri

“İran terror rejimi tərəfindən təyin edilən hər hansı bir lider birmənalı olaraq məhv edilmək üçün hədəf olacaq”.

Missiya.Az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

"İsraili məhv etmək, ABŞ-ni, azad dünyanı və region ölkələrini təhdid etmək və İran xalqına zülm etmək planına rəhbərlik etməyə davam etmək üçün İran terror rejimi tərəfindən təyin edilən hər hansı bir lider birmənalı şəkildə məhv edilmək üçün hədəf olacaq", - deyə siyasətçi vurğulayıb.

Katz qeyd edib ki, amerikalı tərəfdaşlarımızla birlikdə rejimin imkanlarını dağıtmaq və İran xalqının onu devirməsi üçün tam güclə hərəkət etməyə davam edəcəyik.

Daşqın HəsənovMissiya.Az

Chosen
19
missiya.az

1Sources