EN

KİV: PSJ nin qapıçısı Sabah a keçir

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

PSJ-nin mərakeşəsilli qapıçısı Bilal Laurendon karyerasını Azərbaycanda davam etdirə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "L'Equipe" nəşri məlumat yayıb.

Bildirilir ki, əcnəbi qolkiperlə "Sabah" klubu yaxından maraqlanır.

Xəbərdə bildirilir ki, 2019-cu ildən bəri PSJ-də çıxış edən 20 yaşlı qapıçının bu yay klubdan ayrılıb Azərbaycan təmsilçisinə keçəcəyi gözlənilir.

Futbolçunun Paris klubu ilə müqaviləsi 2026-cı ilin 30 iyununa qədərdir. Qolkiperin müqaviləsi yayda başa çatacağından "Sabah"a azad agent statusu ilə pulsuz keçəcəyi istisna olunmur.

Məlumata görə, Laurendon indiyə qədər PSJ-nin əsas komandasında heç vaxt meydana çıxmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
119
oxu.az

1Sources