Bakı, 4 mart, AZƏRTAC
“TəhsilPlus” kartı təhsilin bütün pillələri üzrə çalışan inzibati və pedaqoji heyəti əhatə edəcək. Ümumilikdə 450 minə yaxın təhsil işçisi kartdan istifadə imkanı qazanacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, təhsil işçiləri “Birbank” tətbiqi üzərindən “TəhsilPlus” kartından faydalana bilərlər.
Aysel Azadqızı – müxbir
İlqar Cəfərov – fotoqraf
Vüsal Tağıyev – operator