EN

"Bu güzəştlər təmin olunmadıqca, sponsor məsələsi qəliz olaraq qalacaq" - Çingiz Hüseynzadə

"İdman istehsalat deyil, özü-özünü maliyyələşdirə bilmir. Dünyada əsas norma idmanın sponsorlar tərəfindən maliyyələşməsidir. Bu, qanunvericilikdə əks olunmalıdır. Heç bir sponsor idmana maliyyə ayırmır. Nəyə görə? Bu onun vergi ənənəsinə mənfi təsir göstərir"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O bildirib ki, dünyanın bir çox ölkələrində idmana sponsorluq edənlər qanunvericiliklə qorunurlar, qanunla onların müəyyən güzəştləri var: "Bu güzəştlər Azərbaycanda da təmin olunmadıqca, sponsor məsələsi qəliz olaraq qalacaq. Ən problemli məsələlərdən biri təhsildə idman məsələsidir. "Təhsil haqqında" qanunda idmanla bağlı müəyyən məsələlər olmalıdır".

Anar Kəlbiyev

Chosen
59
50
unikal.az

10Sources