EN

CBS News: Amerikalıların 62 faizi İranla müharibənin məqsədinin izah olunmadığını düşünür » AzadMedia.az

CBS


CBS News tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 62 faizi hesab edir ki, ABŞ administrasiyası İranla müharibənin məqsədlərini indiyədək aydın şəkildə izah etməyib.

Sorğuda iştirak edənlərin əksəriyyəti bildiriblər ki, Prezident Donald Trumpın administrasiyası İranla münaqişədə ABŞ-ın hədəflərini qeyri-müəyyən formada təqdim edib.

Respondentlərin yarısı müharibənin bir neçə ay, hətta bir neçə il davam edə biləcəyini düşünür.

Eyni zamanda, getdikcə daha çox amerikalı hesab edir ki, hərbi əməliyyatlar ABŞ-ı daha təhlükəsiz etmək əvəzinə, əksinə, ölkənin təhlükəsizliyini zəiflədə bilər.

Ümumilikdə sorğu nəticələrinə görə, amerikalıların əksəriyyəti ABŞ-ın hərbi əməliyyatlarını dəstəkləmir. Bununla yanaşı, Trampın tərəfdarları bu addımları qətiyyətlə müdafiə edir və onların fikrincə, görülən tədbirlər ABŞ-ın təhlükəsizliyini gücləndirir.

Chosen
67
1
azadmedia.az

2Sources