Şri-Lanka hərbçiləri öz ərazi sularında batan İran gəmisindən azı 30 nəfəri xilas ediblər.
"Far.Az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Şri-Lankanın xarici işlər naziri Vicita Herath bəyan edib.
Daha əvvəl Şri-Lanka Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdi ki, ölkənin Hərbi-Dəniz Qüvvələri (HDQ) İran gəmisindən göndərilən təhlükə siqnalından sonra xilasetmə əməliyyatına başlayıb.
Şri-Lankanın XİN başçısı əlavə təfərrüatlar təqdim etməyib, lakin müvafiq tədbirlərin görüləcəyini bəyan edib.
Yerli KİV bildirib ki, gəmi ölkənin cənubundakı Qalle sahillərində təhlükə siqnalı göndərib və zərərçəkənlər xəstəxanaya çatdırılıb.