EN

Fransa BƏƏ-yə yönələn İran dronlarını zərərsizləşdirdi

Fransa Hərbi Hava Qüvvələrinə məxsus Dassault Rafale qırıcı təyyarələri Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) hədəf alan İran dronlarını zərərsizləşdirib.

Missiya.Az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot açıqlayıb.

BƏƏ-də hazırda yüzlərlə fransız dəniz, hava və quru qüvvələri heyəti yerləşdirilib.

Barrot bildirib ki, Əl-Dafra bazasında yerləşən Rafale qırıcıları İran hücumlarından qorunmaq məqsədilə BƏƏ hava məkanında fəaliyyət göstərir.

Beynəlxalq gərginliyin artması fonunda Fransa Prezidenti Emmanuel Makron ölkənin flaqman təyyarədaşıyan gəmisinin Aralıq dənizinə göndəriləcəyini açıqlayıb.

Seyranə Quliyeva

Missiya.Az

Chosen
41
missiya.az

1Sources