EN

İlham Əliyev İran səfirliyində oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

Publika.az xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşıladı.

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Chosen
8
14
publika.az

4Sources