EN

Rektordan yeni təyinatlar - SİYAHI

Mingəçevir Dövlət Universitetində yeni təyinatlar olub.

"Cebheinfo.az" xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə ali məktəbin rektoru Anar Eminov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səadət Ağakişiyeva Mingəçevir Dövlət Universitetinin elmi katibi, Xaqani Cəfərov iqtisadi məsələlər üzrə rektorun müşaviri, Zərifə Fərruxlu protokol xidməti üzrə koordinator, Qurban Qurbanzadə isə biznes və məzun əlaqələri üzrə koordinator vəzifəsinə təyin ediliblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci ilin aprelin 9-da imzaladığı sərəncamla Anar Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin olunub.

Yeni rektorun dövründə Natəvan Namazova elm və innovasiya məsələləri üzrə prorektor, Ceyhun Mahmudov tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə rektorun müşaviri, Elvin Məmmədzadə sosial məsələlər üzrə rektorun müşaviri və Ülvi Allahverdi rektorun köməkçisi vəzifəsinə təyinat alıb.

"Cebheinfo.az"

Chosen
16
1
cebheinfo.az

2Sources