ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Bakının Nəsimi rayonu ərazisində taksi dayanacaqlarında şəxsi avtomobillərin park edilməsi taksi sürücülərinin haqlı narazılıqlarına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.
Taksi dayanacaqlarının ZƏBT OLUNMASI: "Qayda pozmağa məcbur qalırıq" - VİDEO
Yaranmış vəziyyətdən şikayətçi olan taksi sürücüsü bildirib ki, taksi dayanacağı zəbt olunduğu üçün o, qaydaları pozmalı və avtomobilini ikinci zolaqda saxlamalı olub. Bu hal isə sürücülərin qayda pozması deməkdir və onların cərimələnmələri ilə nəticələnir.
Oxu.Az-a açıqlamasında məsələyə aydınlıq gətirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, daxil olmuş müraciət əsasında sözügedən ərazidə Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.
"Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsinə əsasən, "Minik taksilərinin duracaq yeri" (5.14) yol nişanı quraşdırılan ərazi taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin dayanması və durması üçün nəzərdə tutulub. Bu səbəbdən digər avtomobillərin həmin yol nişanının təsir zonasında dayanması və durması qadağandır. Bu cür hal inzibati məsuliyyət yaradır və sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən, iki cərimə balı və 40 manat məbləğində cərimə tətbiq olunur", - deyə T.Nəsirli bildirib.


Əzizə İsmayılova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.