EN

Fransa BƏƏ üzərində İran dronlarını vurdu

Fransanın "Rafale" qırıcı təyyarələri BƏƏ-ni hədəf alan İran dronlarını zərərsizləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot bəyanat yayıb.

Barrot daha əvvəl Fransanın Əbu-Dabi yaxınlığındakı Əl-Dhafra bazasında yerləşən təyyarələri İran hücumlarından qorunmaq məqsədilə BƏƏ üzərinə göndərdiyini bildirib.

Qeyd edək ki, Fransa “Şarl de Qoll” aviadaşıyıcısını da Yaxın Şərqə göndərib.

Chosen
27
publika.az

1Sources