EN

Hörmüz bağlandı – Tramp dərhal hərəkətə keçdi

Donald Tramp dərhal qüvvəyə minmək şərtilə, ABŞ İnkişafın Maliyyələşdirilməsi Korporasiyasına (DFC) göstəriş verib ki, çox münasib şərtlərlə Fars körfəzindən keçən bütün dəniz daşımaları, xüsusilə də enerji daşıyıcıları üçün siyasi risk sığortası və maliyyə təhlükəsizliyi zəmanətləri təqdim etsin. Bu xidmət bütün gəmiçilik şirkətləri üçün əlçatan olacaq. Zərurət yaranarsa, ABŞ Hərbi Dəniz Qüvvələri tankerləri Hörmüz boğazından qısa müddətdə müşayiət etməyə başlayacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

“İran Hörmüz boğazından keçən neft və qaz tankerlərinə hücumlar edir, bu isə öz növbəsində sığorta şirkətlərinin dəniz daşımalarını sığortalamaqdan imtina etməsinə səbəb olub. Çünki mümkün sığorta ödənişləri şirkətləri iflasa sürükləyə bilər.

Məhz buna görə də ABŞ sığorta yükünü öz üzərinə götürmək qərarını verib. Çünki daşımaların təhlükəsizliyini təmin edə biləcək yeganə güc ABŞ ordusudur. ABŞ neft qiymətlərinin kəskin artmasına imkan verə bilməz.

Bu məsələdə bir incəlik də var. Əsas sığorta şirkətləri Böyük Britaniyada yerləşir və Trampın bu addımı Böyük Britaniyadan İran kampaniyasına qoşulmamağa görə “inciməsi” fonunda həm də ingilislərə “diş göstərməsi” kimi qiymətləndirmək olar”, – o bildirib.

Xatırladaq ki, İran Hörmüz boğazında neft ticarətinə mane olmaqla nefti kəskin bahalaşdırmaq və bu yolla ABŞ-a beynəlxalq təzyiqi təmin etmək istədiyini açıq şəkildə elan edib.

Chosen
11
1
konkret.az

2Sources